Logo

"Məktəb geyimlə fərqlənmək, maddi vəziyyəti ilə öyünmək yeri deyil"

10.08.2023 10:27 927 baxış
IMG

"Məktəb hərənin bir cür fərqlənmək istədiyi, maddi vəziyyəti ilə öyünmək, seçilmək və "kim nə istəyir" kimi geyinmək yeri deyil".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, məktəblərdəki geyimlər tədrisdən, təlim-tərbiyə prosesindən yayınmağa səbəb olmamalıdır:

"Əsasən şagirdlər məktəbli formasında daha müasir və dəbli görünürlər. Digər məsələ ondan ibarətdir ki, vahid məktəbli formasının əsas mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, hansısa şagirdin geyimi onun geyimindən bahalıdır, burada sosial ədalətdən danışmaq olmaz. Nəzərə alsaq ki, fərqli formalar uşaqlara mənfi təsir göstərir və onlarda əksiklik kompleksi yaradır".

Ekspert qeyd edib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən “Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur:

"Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə əsasən hər bir məktəbdə vahid formanın olması əks olunub, ancaq məktəbli formasının hansı formada olması ilə bağlı qərar məktəbin pedaqoji şurasının və valideynlər komitəsinin ortaq qərarı ilə müəyyənlışdiriləcəyi nəzərdə tutulub ki, bu da mübahisə obyekti olmaya bilməz".

Kənan Nağıbəyli

Xəbər lenti